PUN SƏDAQƏTİ

E.ə. 390-cı ildə Roma heç kimə məlum olmayan kiçik bir kənd idi. E.ə. 40-cı ildə isə o artıq bütün Aralıq dənizi hövzəsinə hakim olmuşdu. Həmin 350 il ərzində Roma bir çox müharibələr aparmış və hamısından qalib çıxmışdı. Bu elə də asan deyildi, bir dəfə isə Roma məğlubiyyətin astanasında oldu.

Bu, Romanın üç dəfə müharibə etdiyi Karfagenin mühasirəsi zamanı baş vermişdi. Karfagenin əsası Finikiyanın Tir şəhərindən gəlmiş kolonistlər tərəfindən qoyulduğundan romalılar bu şəhərin sakinlərini finikiyalı (Poeni) adlandırırdılar. Bu sözün törəməsindən alınan sifət punikdir (Punicus). Bu səbəbdən də Roma ilə Karfagen arasında baş vermiş hər üç vuruşmanı biz Pun müharibələri adlandırırıq. I Pun müharibəsi e.ə. 264-cü ildən 241-ci ilə qədər davam etmişdi. Olduqca gərgin keçən döyüşlərdən romalılar qalib çıxdılar. E.ə. 218-ci ildə Hannibal II Pun müharibəsini başladı. O, İtaliyada on altı il davam gətirdi, amma sonda yenə də Roma inadkarlığı sayəsində qələbə qazandı. III Pun müharibəsi (e.ə 149–146-cı illər) nəticəsində Roma Karfageni yer üzündən sildi.

Romalılar məğlubiyyətə necə yaxın olduqlarını heç vaxt unutmadılar və həmişə olduğu kimi, həddən artıq istedadlı düşmənlərinə istehzalı ləqəblər verdilər. Onlar aldatmağı nəzərdə tutaraq pun sədaqətindən danışmağa başladılar və o vaxtdan həmin ifadə məhz bu mənada işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)

PUL-PƏRƏ
PUNKT
OBASTAN VİKİ
Pun dili
Pun dili və ya puni dili — sami dilləri ailəsindən Finikiya dilinin ölmüş bir növü. Şimal-qərb Afrikasında və bir neçə Aralıq dənizi adalarında klassik antik dövr boyunca Puni xalqı tərəfindən, eramızın 8-ci əsrindən eramızın 6-cı əsrinə qədər danışılmışdır.
Pun müharibələri
Pun müharibələri (e.ə. 264–146, adı punlardan, yəni karfagenlilərdən gəlir) — Karfagenlə Qədim Roma arasında əvvəlcə Siciliyada, sonra Aralıq dənizinin bütün qərb sahilində hökmranlıq uğrunda müharibələr. 1-ci Pun müharibəsi (e.ə. 264–241) Siciliya uğrunda aparılırdı. Romalılar dənizdə bir sıra qələbələr (e.ə. 260, 256, 251, 241) qazandılar. E.ə. 241 ildə Roma Siciliyanı (Sirakuza və ətrafından başqa) və bəzi adaları, sonra isə Sardiniya və Korsikanı ələ keçirdi. 2-ci Pun müharibəsi (e.ə. 218–201) Karfagenin qisas cəhdindən doğmuşdu.